Gürcüstan Azərbaycana yerli məhsul ixracını 22% azaldıb

Gürcüstan Azərbaycana yerli məhsul ixracını 22% azaldıb
  • Clock-gray 11:41
  • calendar-gray 19 İyun 2020

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 26,4 mln. ABŞ dolları dəyərində yerli istehsal mal və məhsullar ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu göstərici illik müqayisədə 21,8% azdır və ümumi yerli istehsal mal və məhsul ixracının 3%-ni təşkil edib. 2019-cu ilin ilk beş ayı ərzində isə Gürcüstan Azərbaycana 33.8 miylon dollar dəyərində yerli istehsal mal və məhsullar ixrac edib ki, bu da həmin kateqoriya üzrə ümumi ixracın 3,6%-ni təşkil edib.

Cari ilin yanvar-may ayları ərzində Gürcüstanın ümumi yerli istehsal mal və məhsullar ixracının həcmi illik müqayisədə 4% azalaraq 894 mln. dollar təşkil edib və ümumi ixracın 72,3%-ni təşkil edib.

Qonşu ölkənin əsas ixrac məhsulları mis filizi və konsentratları (258,1 mln. dollar), metal ərintiləri (108,8 mln. dollar) və üzüm şərabı (73 mln. dollar) olub.

Səid Babazadə

Digər xəbərlər