Gürcüstanın Azərbaycana dondurulmuş mal əti ixracı 284 dəfə artıb

Gürcüstanın Azərbaycana dondurulmuş mal əti ixracı 284 dəfə artıb
  • Clock-gray 12:07
  • calendar-gray 19 May 2020

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana dondurulmuş mal əti ixracı illik müqayisədə  284,2 dəfə və ya 1 076,2 ton artaraq 1 080,0 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri isə illik müqayisədə 4 380,9 min ABŞ dolları və ya 118,4 dəfə artaraq 4 418,2 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana cəmi 3,8 ton dondurulmuş mal əti ixrac edib və bunun da ümumi dəyəri 37,3 min dollar təşkil edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date