Gürcüstanın Azərbaycana gübrə ixracı 78% artıb

Gürcüstanın Azərbaycana gübrə ixracı 78% artıb
  • Clock-gray 11:59
  • calendar-gray 19 May 2020

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana gübrə ixracı illik müqayisədə  10 514,4 ton və ya 78,1% artaraq 23 968,3 tona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik müqayisədə illik müqayisədə 1 346 min dollar və ya 52,4% artaraq 3 916 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 2 567 min dollar dəyərində 13 453,9 ton gübrə ixrac edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date