Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% artıb
  • Clock-gray 09:45
  • calendar-gray 20 May 2020

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 42,24 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3,2% çoxdur.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 8 060,3 ton, süd istehsalı 26 090,4 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5%, süd istehsalı isə 1,6% artıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date