Rusiyadan taxıl ixracının dayandırılması ümumi tədarükə təsir etməyəcək

Rusiyadan taxıl ixracının dayandırılması ümumi tədarükə təsir etməyəcək
  • Clock-gray 14:26
  • calendar-gray 28 Aprel 2020

Rusiyadan taxıl ixracının müvəqqəti dayandırılması məhsul tədarükünün ümumi həcminə təsir etməyəcək və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətində durğunluğa səbəb olmayacaq. “APA-Economics” “TASS”ın Rusiya Milli Aqrar Agentliyinə istinadən yaydığı məlumata əsasən xəbər verir ki, öncə bağlanan müqavilələrə əsasən taxıl ixracı davam edir.

26 apreldə bildirildiyi kimi, Rusiya Avrasiya İqtisadi Birliyinə daxil olmayan dövlətlərə taxıl ixracını iyulun 1-dək dayandırır.

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 26 apreldə Rusiyadan bu il aprelin 1-də təyin edilən 7 milyon ton həcmində taxıl ixracına tarifsiz kvota tətbiq edib.

Ümumiyyətlə, Nazirlik 2020-ci ildə taxıl yığımının ötən illə müqayisədə aşağı olmayacağını gözləyir. Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2019-cu ildə Rusiyada taxıl yığımı 74,4 milyon ton buğda daxil olmaqla 121,2 mln. ton təşkil edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date