Abbas Musəvi: “İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”

Abbas Musəvi: “İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”
  • Clock-gray 14:01
  • calendar-gray 10 Avqust 2020

 

“İranın ABŞ-dakı seçkilərə müdaxiləsi barədə iddia gülüncdür”.

APA-nın Tehran  bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi keçirdiyi mətbuat konfransında deyib. 

A.Musəvi qeyd edib ki, ABŞ seçkilərinə müdaxilə və bu ölkədə yaşayan iranlılara sms göndərilməsinə dair iddialar gülüncdür: "İran ABŞ-dakı cəbhə və partiyalardakı şəxslərə o qədər də diqqət yetirmir. İran üçün önəmli olan onların hərəkətləri, davranışları və əməlləridir".

A.Musəvi ABŞ-ın İrana silah satışına qadağa qoyulması ilə bağlı təklif etdiyi qətnaməyə də toxunub. Qeyd edib ki, bu addım İrana təhlükə olmaqdan daha çox BMT Təhlükəsizlik Şurası və onun mexanizminə təhlükədir: “Amerika BMT Təhlükəsizlik Şurasından istifadə edərək bu mexanizmi məhv etməyə çalışır”.

Livanda baş verən partlayışa da münasibət bildirən A.Musəvi deyib ki, bu böyük hadisədir və xalqın  narahat olması təbiidir: “Lakin bunu bəzi şəxslərin və ölkələrin öz siyasi məqsədlərinə uyğun təqdim etməsi qəbul edilməzdir. Bəzi şəxslər xarici  dəstəklə Livandakı etirazları alovlandırır. İlk öncə bu hadisənin əsas səbəbinin nə olduğunu bilmək  lazımdır, sonra fikir yürütmək olar. Bəzi ölkələr riyakarcasına bu məsələyə münasibət bildirdi. Mən onlara demək istəyirəm ki, əgər sədaqətlidirlərsə  Livan xalqı və dövlətinə qarşı olan sanksiyaları ləğv etsinlər".

 

Süleyman Fərzəliyev

Digər xəbərlər