Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim edib

Ceyhun Bayramov bir qrup türkiyəli siyasətçiyə Azərbaycanın orden və medalını təqdim edib
  • Clock-gray 00:27
  • calendar-gray 12 Avqust 2020

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri, Türkiyə Prezident Adminstrasiyasının  Səhiyyə və Qida Təhlükəsizliyi Qurumunun üzvü Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, mükafatları Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın Türkiyədəki səfirliyində təqdim edib.

Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim edilib. 

Mərasimdə rəsmi şəxslər, Türkiyə Parlamentinin deputatları, sabiq nazirlər də iştirak edib.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər