Çin Tayvan boğazı yaxınlığında hərbi təlimlərə başlayıb

Çin Tayvan boğazı yaxınlığında hərbi təlimlərə başlayıb
  • Clock-gray 07:41
  • calendar-gray 18 Sentyabr 2020

Çin Xalq Respublikası (ÇXR) Tayvan boğazı yaxınlığında hərbi təlimlər keçirir.

APAReuters”ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ÇXR Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Jen Qotsyan bildirib.

Onun sözlərinə görə, təlimlər boğazdakı son vəziyyətə cavab tədbiri olub və məqsəd dövlətin suverenliyini, ərazi bütövlüyünü təmin etməkdir.

Qeyd edək ki, Tayvanın hərbi qurumu özünün internet saytında bir səhifə açıb və burada Çin Xalq Qurtuluş Ordusunun adanın Tayvan boğazı yaxınlığında apardığı fəaliyyəti barədə məlumat yaymağa başlayıb.

apa-logo-mini

Digər xəbərlər