Si Cinpin Honkonqla bağlı təhlükəsizlik qanununu imzalayıb - YENİLƏNİB

Si Cinpin Honkonqla bağlı təhlükəsizlik qanununu imzalayıb - YENİLƏNİB
  • Clock-gray 14:35
  • calendar-gray 30 İyun 2020

Çin Xalq Respublikasının sədri Si Cinpin Honkonqla bağlı təhlükəsizlik qanununu imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin rəsmi mətbuat orqanı "Xinhua" agentliyi məlumat yayıb.

***

saat 07:53

Çində Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi (ən yüksək qanunverici orqan) Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Məlumata görə, hüquqi akt iyulun 1-də - keçmiş Britaniya anklavının Çin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək. Bildirilir ki, komitənin bütün üzvləri qanunun lehinə səs veriblər. Sənədin mətni hələ açıqlanmayıb, günortadan sonra “Sinhua” xəbər agentliyi tərəfindən dərc olunacağı gözlənilir.

Yeni qanun Honkonqda milli təhlükəsizlik üçün təhlükə yaradan addımların qarşısını almaq və cəzalandırma tədbirləri görmək məqsədi daşıyır. İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.

Bu qanuni akt sayəsində Çin hakimiyyəti keçən ilin iyunundan noyabr ayına qədər iğtişaşlar təşkil edərək xüsusi inzibati rayonun iqtisadiyyatına ziyan vuran radikalların qarşısını ala biləcək.

Qanun Honkonqda mərkəzi hökumətə tabe olan xüsusi güc strukturunun yaradılmasını təmin edir. “South China Morning Post” qəzetinin yazdığına görə, yeni bölməyə ÇXR ictimai təhlükəsizlik nazirinin müavinlərindən biri rəhbərlik edəcək.

Zümrüd Paşkin

Digər xəbərlər