Çində koronavirusa yoluxanların sayı 849-a, ölənlərin sayı isə 26 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı 849-a, ölənlərin sayı isə 26 nəfərə çatıb - YENİLƏNİB
  • Clock-gray 06:42
  • calendar-gray 24 Yanvar 2020

Çində yeni növ koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə ÇXR bölgələrinin gigiyena və səhiyyə komitələri tərəfindən yayımlanan məlumatlarda qeyd olunub.

Buna qədər 25 ölü və 830 yoluxma halının olduğu bildirilirdi.

Məlumata görə, 177 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 34 nəfər sağalıb və artıq tibb müəssisələrini tərk edib. Bununla yanaşı, 1072 nəfər bu xəstəliyin daşıyıcısı olmaqda şübhəli bilinərək qeydə alınıb.

Koronavirusun yeni növü artıq digər ölkələrdə - Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada aşkar edilib. Ancaq ÜST Çində yeni növ pnevmoniyanın yayılması ilə əlaqədar beynəlxalq dərəcədə fövqəladə vəziyyət rejimi elan etməkdən çəkinib.

***

Saat 21:28

Çində 2019-nCoV yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxma hallarının sayı 644 nəfərə, ölənlərin sayı isə 18-ə çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu, ÇXR bölgələrinin gigiyena və səhiyyə komitələrinin yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, bu xəstəlikdən insan ölümü Hubey əyalətindən sonra ilk hadisə Hebey əyalətində də qeydə alınıb. 80 yaşlı kişi qohumlarını ziyarət etmək üçün getdiyi Uhandan qayıtdıqdan sonra özünü pis hiss edib. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, ölüb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date