Hindistanda son sutkada 24 mindən çox insanda koronavirus aşkar edilib, 613 nəfər ölüb

Hindistanda son sutkada 24 mindən çox insanda koronavirus aşkar edilib, 613 nəfər ölüb
  • Clock-gray 10:38
  • calendar-gray 05 İyul 2020

Hindistanda son gündə 24 min 8 nəfərdə koronavirus aşkar edilib, 613 nəfər ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə virusa yoluxanların sayı 673 165 nəfərə yüksəlib.

Con Hopkins universitetinin məlumatına görə, Hindistan koronavirusa yoluxma sayına görə, dünyada 3-cü yeri tutur.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, hazırda 244 814 nəfər virusdan müalicə olunur, indiyə kimi 409 082 nəfər xəstəlikdən sağalıb. İndiyə kimi, 19 268 nəfər koronavirusdan dünyasını dəyişib. 

apa-logo-mini

Digər xəbərlər