İndoneziyada körpünün çökməsi nəticəsində 9 nəfər ölüb

İndoneziyada körpünün çökməsi nəticəsində 9 nəfər ölüb
  • Clock-gray 12:09
  • calendar-gray 20 Yanvar 2020

İndoneziyanın Sumatra adasında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, leysan yağışları nəticəsində yaranan sel Benkulu əyalətində körpünün çökməsinə səbəb olub.

Dağıntılar altında qalmış insanların axtarışında 100-dən çox xilasedici, əsgər, polis, təbii fəlakətlərə qarşı mübarizə aparan Xüsusi Milli Agentliyinin işçiləri və könüllülər iştirak edib.

Qeyd edək ki, İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi yanvar və fevral aylarında ölkənin bir neçə bölgəsində leysan yağışlarının yağması ilə bağlı xəbərdarlıq etmişdi.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date