İran Prezidenti koronavirusdan ölüm hallarının azaldığını bəyan edib

İran Prezidenti koronavirusdan ölüm hallarının azaldığını bəyan edib
  • Clock-gray 14:08
  • calendar-gray 24 Mart 2020

İranda koronaviruslu xəstələrin xəstəxanalara qəbulu, eyni zamanda bu virusdan ölüm halları azalmağa başlayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

“Müxtəlif əyalətlərdə pasiyentlərin xəstəxanalara qəbulunda azalma var. Eyni zamanda ölüm halları da azalır”, - deyə o qeyd edib.

H. Ruhani bildirib ki, əsas məsələ küçəyə çıxan insanların sayının azalmasına nail olmaqdır: “Əgər evdə on nəfər varsa, nəsə almaq üçün onlardan yalnız birinin küçəyə çıxması lazımdır”.  

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma bu il fevralın 19-da Qum şəhərində qeydə alınıb.

Son məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 1934 nəfərdir. Koronavirusa yoluxanların ümumi sayı isə 24 811 nəfər təşkil edir. Son 24 saat ərzində 122 ölüm halı, 1762 yeni yoluxma faktı qeydə alınıb. Bu günədək 8913 nəfər sağalıb.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date