İran Səhiyyə Nazirliyi: Qonşu ölkələrdən xəstələr qəbul etməyə şəraitimiz yoxdur

İran Səhiyyə Nazirliyi: Qonşu ölkələrdən xəstələr qəbul etməyə şəraitimiz yoxdur
  • Clock-gray 16:12
  • calendar-gray 30 Mart 2020

“Qonşu və digər ölkələrdən xəstələr qəbul etməyə şəraitimiz yoxdur”.  

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. O deyib ki, hazırda İranda qanuni şəkildə olan əcnəbi vətəndaşlara xidmət göstərilir: “Əgər biz koronavirus epidemiyasına nəzarəti ələ ala bilsək və imkanlarımız artıq olarsa qonşu ölkələrə və onların xəstələrinə də yardım edə bilərik. Qonşu ölkələrdə koronavirusa yoluxmuş şəxslərdən İranda müalicə olunmaq istəyənlər var. Lakin həqiqətən hazırkı şəraitdə digər ölkələrdən olan xəstələrə yardım etmək iqtidarında deyilik".

İranda hazırda 4500 tibb bacısının koronavirusla mübarizə üçün işə götürüldüyünü deyən K.Cahanpur bildirib ki, son həftələrdə hər 10 dəqiqədən bir iranlı bu xəstəlikdən həyatını itirir.  

K.Cahanpur ölkənin bəzi əyalətlərində virusa yoluxma və ölüm halının azaldığını qeyd edib: “Ölkədə xəstəlik idarə olunur və tezliklə tam nəzarətə götürüləcək”.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date