İran XİN-in mətbuat katibi səfir təyin olunub

İran XİN-in mətbuat katibi səfir təyin olunub
  • Clock-gray 00:49
  • calendar-gray 04 İyul 2020

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi səfir təyin olunduğunu təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Dövlət Televiziyası ilə müsahibəsində A.Musəvi tezliklə səfir kimi fəaliyyətə başlayacağını deyib.

O qeyd edib ki, çox böyük ehtimalla ən mühüm qonşu ölkələrin birində səfir kimi fəaliyyətə başlayacaq. Musvəi bu barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bundan öncə bəzi İran KİV-ləri Seyid Abbas Musəvinin Azərbaycana səfir təyin olunduğuna dair xəbər dərc edib və A.Musəvinin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəni əvəz edəcəyini bildiriblər.

Seyid Abbas Musəvi 2019-cu ilin aprel ayında İran XİN-in sözçüsü təyin olunub. Ondan öncə XİN-in birinci katibi, Honkonqda baş konsul və İranın Niderlanddakı iqtisadi attaşesi vəzifələrində çalışıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər