İranda 5,2 maqnitudalı zəlzələ olub, 16 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda 5,2 maqnitudalı zəlzələ olub, 16 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Clock-gray 18:18
  • calendar-gray 24 May 2020

Bu gün İranda baş verən 5.2 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Bir nəfərə yerində, 15 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib. Xəstəxanalarda tibbi yardım göstərilənlərin hamısı artıq evə buraxılıb. Onların hamısı zəlzələdən qorxub qaçan zaman travma alıblar. 

***

saat 14.12

İranda zəlzələ olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün günorta yerli vaxtla saat 13.41 radələrində İranın Kohkuluyə və Boyurəhməd əyalətində 5,2 maqnitudalı zəlzələ baş verib.

Zəlzələnin ocağı Dogünbədan bölgəsində, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ İranın Xuzestan əyalətinin şimalında da hiss olunub.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Süleyman Fərzəliyev

Digər xəbərlər