İranda daha bir deputat koronavirusa yoluxub

İranda daha bir deputat koronavirusa yoluxub
  • Clock-gray 15:21
  • calendar-gray 27 Fevral 2020

İran parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnur koronavirusa yoluxub.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə deputat özü məlumat verib.

Deputat bildirib ki, onun koronavirusla bağlı analizlərinin nəticəsi müsbət olub.

Karantinə alınan M. Zonnur İran dövlətinin xalqın dəstəyi ilə ölkədə koronavirusun qarşısını alacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan başqa, parlamentin digər deputatı Mahmud Sadeki və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Koronavirusa yoluxanlarının sayının isə 245-ə yüksəldiyi bildirilir. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date