İranda güclü yanğın olub, 5 nəfər ölüb, 66-sı yaralanıb

İranda güclü yanğın olub, 5 nəfər ölüb, 66-sı yaralanıb
  • Clock-gray 11:07
  • calendar-gray 28 Fevral 2020

İranın Qum şəhərində hündürmərtəbəli binada yanğın baş verib.

APA-nın Tehran bürosunun İranın Təcili Tibbi Yardım Mərkəzinə istinadən verdiyi məlumata görə,  hadisə nəticəsində 5 nəfər ölüb, 66 nəfər yaralanıb. Yaralılardan 33 nəfəri xəstəxanaya yerləşdirilib, 33-ü isə ambulator müayinədən sonra evə buraxılıb.  

Yanğın söndürlüb.

Yanğının səbəbləri araşdırılır.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date