İranda keçirilən seçkilərdə 290 deputat kürsüsünün 223-ə mühafizəkarlar yiyələnib

İranda keçirilən seçkilərdə 290 deputat kürsüsünün 223-ə mühafizəkarlar yiyələnib
  • Clock-gray 13:18
  • calendar-gray 24 Fevral 2020

İran İslam Şurası Məclisinə (Parlament) keçirilən yeni seçkilərdə 290 deputat kürsüsünün 223-ə mühafizəkarlar, 16-na islahatçılar və 36-na müstəqil namizədlər yiyələnib. 

APA-nın Tehran bürosunun məlumatına görə, 15 kürsü uğrunda seçkilər 2-ci tura qalıb. 

Məlumata əsasən, müstəqil namizədlərin əksəriyyəti mühafizəkar yönümlüdür. Bu səbəbdən mühafizəkarlar nəticəni böyük qələbə kimi qeyd edirlər. 

Qeyd edək ki, İran Parlamentinə XI çağırış seçkilərində aktivlik daha əvvəl ölkədə keçirilən bütün seçkilərdən aşağı olub. Rəsmi məlumata görə, seçki hüququ olan vətəndaşların 42.57%-i səsvermədə iştirak edib. 

Bunadək ən aşağı göstərici VII çağırışa seçkilər zamanı baş vermişdi ki, o zaman iştirak edən seçicilərin sayı 51% təşkil etmişdi.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date