İranda koronavirusla bağlı şayiələr yayan 24 nəfər saxlanılıb

İranda koronavirusla bağlı şayiələr yayan 24 nəfər saxlanılıb
  • Clock-gray 16:08
  • calendar-gray 26 Fevral 2020

İranda sosial şəbəkələrdə koronavirusla bağlı şayiələr yayan 24 nəfər saxlanılıb.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın kiber polisinin rəisi Vəhid Məcid deyib.

Onun sözlərinə görə, daha 118 nəfərə isə xəbərdarlıq edilib. Kiber polisinin rəıisi bildirib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar.

V.Məcid bildirib ki, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani də bu gün Nazirlər Kabinetinin iclasında çıxış edərək, əhalini şayiələrə inanmamağa çağırıb. Prezident deyib ki, İranda hər hansı bir şəhərin karantinə alınması məsələsi gündəmdə deyil. H.Ruhani bildirib ki, hər hansı bir məhdudiyyət və karantin qərarını koronavirusla mübarizə üzrə milli qərargah verə bilər.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date