İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
  • Clock-gray 14:55
  • calendar-gray 30 Oktyabr 2020

İranda ötən sutka ərzində 365 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34478 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  8011 nəfər koronavirusa yoluxub.

Beləliklə İranda bu virusa yoluxanların sayı 604952  nəfərə yüksəlib.

Süleyman Fərzəliyev

Digər xəbərlər