İranda sayt rəhbəri edama məhkum edilib

İranda sayt rəhbəri edama məhkum edilib
  • Clock-gray 12:35
  • calendar-gray 30 İyun 2020

İranda ötən ilin oktyabr ayında həbs olunan “Amadnews” saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.

Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər