İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var

 İranda silahlı qruplaşma üzvləri ilə  sərhədçilər arasında atışma olub, ölənlər var
  • Clock-gray 10:12
  • calendar-gray 29 May 2020

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə  sərhədçilər arasında atışma qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub. 

Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.

Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.

Süleyman Fərzəliyev

Digər xəbərlər