İranda terrorçular hərbi avtomobilə hücum edib - YENİLƏNİB

İranda terrorçular hərbi avtomobilə hücum edib - YENİLƏNİB
  • Clock-gray 09:47
  • calendar-gray 30 İyun 2020

İranın Sistan və Bəluçistan əyalətində İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) üzvlərinin avtomobil karvanına edilən terror hücumunda ölən olmayıb.

APA-nın Tehran bürosunun məlumatına ögrə, bunu  İran Parlamentinin Zahidan şəhərindən olan nümayəndəsi Fədahüseyn Maliki deyib. 

Onun sözlərinə görə, hücum “Ceyşül-zülm” (Ceyşül-ədl terror təşkilatına iran rəsmiləri bu adı verib)  terror qruplaşması tərəfindən təşkil olunub: "SEPAH qüvvələrini daşıyan  iki avtomobil  yoldan keçərkən yol kənarında quraşdırılmış iki bombadan biri partladılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

O, terror hücumu nəticəsində bir neçə SEPAH üzvünün əsir götürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

***

09:05

İranın Zahidan şəhərinin Kurin bölgəsində terror qruplaşmasının üzvləri hərbi avtomobilə hücum edib.

APA-nın Tehran bürosu İran Dövlət Televiziyasının rəsmi xəbər saytına istinadən xəbər verir ki, Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin Kurin bölgəsinin Gəluqah kəndi yaxınlığında partlayış baş verib. Partlayışı terror qruplaşmasının üzvləri törədib.

"Ceyşül-ədl" terror qruplaşması iddia edib ki, bu əməliyyat İranın SEPAH və Bəsic qüvvələrinin hərbi avtomobillərinə qarşı həyata keçirilib. Qruplaşma öz açıqlamasında hücum zamanı Kurin bölgəsinin Bəsic komandiri Müctəba Mirşikarın öldürüldüyünü iddia edib. Hələlik rəsmi şəkildə bu xəbər təsdiq və ya təkzib olunmayıb.

İranın "terror təşkilatı" elan etdiyi "Ceyşül-ədl" ölkədəki "Sünni Bəluç xalqının hüquqlarını müdafiə etdiyini" irəli sürərək Tehran rəhbərliyinə qarşı silahlı mübarizə aparır.

Süleyman Fərzəliyev

Digər xəbərlər