İranın Nətənz nüvə təsisatında qəza baş verib

İranın Nətənz nüvə təsisatında qəza baş verib
  • Clock-gray 11:03
  • calendar-gray 02 İyul 2020

İranın Nətənz nüvə təsisatında qəza baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, qəza bu gün səhər Nətənzin anbarlarından birində qeydə alınıb: “Hadisə tikilməkdə olan anbarlardan birində baş verib, anbara ziyan dəyib”.

B. Kəmalvəndinin sözlərinə görə, qəza zamanı ölən və yaralanan olmayıb, nüvə çirklənməsi ilə bağlı heç bir narahatlıq yoxdur.

O qeyd edib ki, hazırda  Atom Enerji Təşkilatının ekspertləri hadisə yerindədir və qəzanın baş vermə səbəbi araşdırılır. 

Süleyman Fərzəliyev

Digər xəbərlər