İranın Şiraz şəhərində məhbuslar koronavirusa görə üsyan edib

İranın Şiraz şəhərində məhbuslar koronavirusa görə üsyan edib
  • Clock-gray 12:59
  • calendar-gray 30 Mart 2020

Ötən gün İranın Şiraz şəhəri, Adilabad bölgəsindəki həbsxanada koronavirusa görə üsyan baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Şiraz şəhər prokuroru Heydər Asyabi həbsxananın 3 bölməsində baş verən üsyanın xüsusi təyinatlılar tərəfindən yatırıldığını bildirib: "Hadisə zamanı 14 nəfər yaralanıb. Hazırda vəziyyət tam nəzarətdədir və həbsxanadan qaçan olmayıb".

Süleyman Fərzəliyev

Digər xəbərlər