İsrailin Baş Naziri digər nazir postlarından istefa verəcək

İsrailin Baş Naziri digər nazir postlarından istefa verəcək
  • Clock-gray 16:35
  • calendar-gray 12 Dekabr 2019

İsrail Baş Naziri Benyamin Netanyahu 2020-ci il yanvarın 1-dək digər nazir postlarından istefa verəcək.

APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərə görə, bu barədə Benyamin Netanyahu İsrail Ali Məhkəməsinə təqdim etdiyi açıqlamasında bildirib. 

İsrail Baş Naziri bu açıqlamanı baş prokuror Aviçay Mendelblitin bəyanatından sonra verib. A. Mendelblit B. Netanyahunun könüllü istefa verməyəcəyi təqdirdə onu bu postlardan getməyə məcbur edəcəyini deyib. 

Baş nazir Benyamin Netanyahu hazırda dörd nazir postuna sahibdir, belə ki, o, İsrailin Səhiyyə naziri, Rifah naziri, Kənd Təsərrüfatı naziri və Diaspora İşləri üzrə naziri postlarını tutur.  

B.Netanyahu bu qərarı İsraildə Keyfiyyətli İdarəçilik Hərəkatının başlatdığı petisiyaya cavab olaraq qəbul edib. Lakin o, baş nazir postundan istefa verməyəcəyini deyib. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date