İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb - FOTO

İstanbulun 3 körpüsü Azərbaycan Bayrağının rənglərinə uyğun işıqlandırılıb - FOTO
  • Clock-gray 01:08
  • calendar-gray 28 May 2020

Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü münasibətilə İstanbulda 3 körpü Azərbaycan Bayrağının rənglərinə uyğun olaraq işıqlandırılıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev APA-nın yerli bürosuna bildirib ki, 15 Temmuz Şəhidlər, Fatih Sultan Mehmet və Yavuz Sultan Selim körpülərində Azərbaycan Bayrağının rənglərilə işıqlandırmadan dənizdə əks olunan rəngarəng mənzərə şəhər sakinlərində xoş ovqat yaradıb.

M.Hacıyev bildirib ki, Azərbaycanın əlamətdar günlərinə Türkiyə tərəfdən hər zaman diqqət göstərilir. Baş Konsul bu addıma görə İstanbul valiliyi və Avtomobil Yolları Baş İdarəsinə təşəkkür edib.

Qeyd edək ki, İstanbulun Taksim meydanında “Galata qülləsi” də ilk dəfədir ki, Azərbaycan Bayrağının rəngində işıqlandırılıb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər