Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir

Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir
  • Clock-gray 08:42
  • calendar-gray 22 Yanvar 2020

Livan şəhərlərinin küçələrində yeni hökumətə qarşı etirazlar keçirilir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, polis Beyrutda parlamentin qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından istifadə edib.

Nümayişçilər polis kordonlarından keçərək parlament binasına girməyə cəhd göstərib.

Livan xalqının narazılığına Baş Nazir Həsən Diyabın rəhbərlik etdiyi yeni hökumətin təyin olunması səbəb olub. Etirazçıların sözlərinə görə, hökumət üzvləri hakim partiyalarla əlaqəlidir və müstəqil deyillər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date