Livanın Ədliyyə naziri istefa verib

Livanın Ədliyyə naziri istefa verib
  • Clock-gray 14:22
  • calendar-gray 10 Avqust 2020

Livanda daha bir naziri istefa verib.

APA-nın "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, Ədliyyə naziri, xanım Maria Klaudi Nəcim Beyrut limanında baş verən partlayışa görə istefa verdiyi açıqlayıb.

Qeyd edək ki, bu, Beyrut limanında baş verən partlayışla əlaqədar istefasını hökumətə təqdim edən üçüncü nazirdir. Daha öncə ölkənin İnformasiya naziri Manal Abdel Səməd  və Ətraf Mühid naziri Damianos Kattar istefa verib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 158 nəfər həlak olub, onlarla şəxs itkin düşüb, 6000-dən çox şəxs isə yaralanıb. 

Zümrüd Paşkin

Digər xəbərlər