Macarıstan XİN başçısı Türkiyənin üzvlük məsələsində Aİ-ni qeyri-səmimilikdə ittiham edib

Macarıstan XİN başçısı Türkiyənin üzvlük məsələsində Aİ-ni qeyri-səmimilikdə ittiham edib
  • Clock-gray 16:48
  • calendar-gray 30 İyun 2020

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında P. Siyarto bildirib ki, türkiyəli həmkarı ilə baş tutan görüşdə ikitərəfli əlaqələr, qarşılıqlı əməkdaşlıq, ticarət, təhsil, miqrant problemi barədə ətraflı fikir mübadiləsi aparıblar.

Macarıstanlı nazir ölkəsinin Türkiyə ilə sıx əməkdaşlığa tərəfdar olduğunu vurğulayıb.

O, Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük məsələsində təşkilatın səmimi olmadığını qeyd edib: “Bu məsələdə Avropa İttifaqı tərəfindən üzdə bir, bağlı qapılar arxasında isə başqa bir fikir səsləndirilir. Türkiyənin Avropa İttifaqına inteqrasiyasının uğurlu olması üçün səmimi və konkret olmaq lazımdır. Biz Türkiyə kimi böyük bir ölkəyə və türk xalqına qarşı hörmətli yanaşmanın, səmimi müzakirələrin aparılmasına tərəfdarıq”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər