Monqolustanda koronavirusa görə tətbiq edilən yüksək hazırlıq rejimi uzadılıb

Monqolustanda koronavirusa görə tətbiq edilən yüksək hazırlıq rejimi uzadılıb
  • Clock-gray 16:04
  • calendar-gray 10 İyul 2020

Monqolustanda yeni növ növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilmiş yüksək hazırlıq rejimi iyulun 31-dək uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə “Montsame” agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar müvafiq qərar bu gün ölkənin yeni hökumətinin ilk iclasında qəbul edilib.

Monqolustan Səhiyyə Nazirliyindən bildirilib ki, iyulun 9-a olan məlumata əsasən, ölkədə indiyədək COVID-19-a 227 yoluxma halı qeydə alınıb. Virusa yoluxan 197 nəfər sağalıb.

Bütün ölkə boyu 2 996 nəfər həkimlərin nəzarəti altındadır.

Xatırladaq ki, Monqolustan hakimiyyəti martın 11-dən müvəqqəti olaraq bütün beynəlxalq müntəzəm aviareysləri və beynəlxalq istiqamətdə dəmir yolu ilə sərnişin daşınmasını dayandırıb.

apa-logo-mini

Digər xəbərlər