Pakistanda avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB
  • Clock-gray 01:39
  • calendar-gray 29 Fevral 2020

Pakistanın cənubunda sərnişin qatarının avtobusla toqquşması nəticəsində ölənlərin sayı artaraq 30 nəfərə çatıb, daha 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu  barədə hakimiyyət nümayəndəsinə istinadən "Kyodo" agentliyi məlumat yayıb.

Bundan əvvəl "Sinhua" xəbər agentliyi 15 nəfərin öldüyü, 30 yaralının olması barədə məlumat vermişdi.

Hadisənin dəmir yolu keçidində baş verdiyi qeyd olunur. Qəza yerində xilasetmə əməliyyatı aparılır.

***

Saat 22:19

Pakistanın cənubunda sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində azı 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə “Sinhua” xəbər agentliyi yerli mətbuata istinadən məlumat yayıb.

Qəza ilə bağlı əlavə heç bir məlumat verilməyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date