Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb

Pakistanda zəhərli qazdan ölənlərin sayı artıb
  • Clock-gray 13:31
  • calendar-gray 18 Fevral 2020

Pakistanın cənubunda Karaçi limanında zəhərli naməlum qazın havaya sızması nəticəsində ölənlərin sayı artıb.

APA-nın “Geo TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zəhərlənərək ölənlərin sayı 9-a çatıb.

Naməlum qazdan zəhərlənənlərin sayı isə 500 nəfərə yüksəlib.

Yerli hakimiyyət orqanları sakinlərin liman ərazisindən təxliyəsi üçün hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Karaçi limanında naməlum zəhərli qazın sızması nəticəsində azı 5 nəfərin öldüyü bildirilib, 70 nəfər isə zəhərlənib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date