Son sutkada Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb

Son sutkada Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb
  • Clock-gray 07:26
  • calendar-gray 30 Mart 2020

Son bir gündə Çində koronavirus qurbanlarının sayı dörd nəfər artıb, xaricdən gələnlərin isə daha 30 nəfərində (ümumilikdə 723) koronavirus aşkar olunub.

APA xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində koronavirusun yayılması başlayandan bəri yoluxanların 93%-i, o cümlədən son 24 saat ərzində daha 322 nəfər sağalıb. Ölkədə virusun yayılmasının iki ayı ərzində yoluxmuş insanların sayı 81,4 mindən çox, xəstəlikdən rəsmi ölüm səviyyəsi – 4%-dir (3,3 mindən çox insan ölüb).

Çin daxilində virusa yoluxma halları, demək olar ki, yoxdur, son bir gündə yalnız bir nəfər aşkarlanıb. Yoluxanların əksəriyyəti digər ölkələrdən, ümumiyyətlə, Avropa ölkələrindən və ABŞ-dan gələnlərdir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date