Səudiyyə Ərəbistanında məscidlər Ramazan ayında da açılmayacaq

Səudiyyə Ərəbistanında məscidlər Ramazan ayında da açılmayacaq
  • Clock-gray 07:32
  • calendar-gray 07 Aprel 2020

Səudiyyə Ərəbistanının rəsmiləri koronavirus səbəbindən kütləvi toplantılar, xüsusən də ibadət və ziyarət məqsədilə məscidlərə giriş üçün tətbiq edilən məhdudiyyətləri aprelin sonundan mayın sonunadək davam edəcək Ramazan ayı boyunca da davam etdirmək niyyətindədir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Abdel Əli bildirib.

“Hər kəs Ramazan ayında dini ibadətlər üçün darıxıb, ancaq koronavirus pandemiyası yox olana qədər məhdudlaşdırıcı tədbirlər davam edəcək”, - Abdel Əli belə deyib.

apa-logo-mini

Digər xəbərlər