Süleyman Soylu: “Zəlzələ nəticəsində 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”

Süleyman Soylu: “Zəlzələ nəticəsində 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”
  • Clock-gray 16:45
  • calendar-gray 30 Oktyabr 2020

“Baş verən zəlzələ nəticəsində indiyə qədər İzmir və Bayraklıda 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”.

APA-nın mlumatına görə, bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgələrində kiçik çatlar xaricində insan itkisi ilə bağlı məlumat verilməyib: “Komandalarımız axtarış və xilasetmə işini davam etdirir”.

Qeyd edək ki, bu gün Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub. Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

 

 

Günay Elşadqızı

Digər xəbərlər