Suriya ilə bağlı növbəti üçtərəfli görüş İranda keçiriləcək

Suriya ilə bağlı növbəti üçtərəfli görüş İranda keçiriləcək
  • Clock-gray 18:16
  • calendar-gray 01 İyul 2020

Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı videokonfrans formatında üçtərəfli görüşü başa çatıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, üçtərəfli görüşdə liderlər birgə bəyanat qəbul ediblər.

Bəyanatda bildirilir ki, dövlət başçıları Suriyada probleminin həlli istiqamətində əməkdaşlığı davam etdirmək, ilk fürsətdə növbəti toplantını İranda keçirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, ötən il sentyabrın 16-da Ankarada keçirilən Zirvə toplantısında verilən qərarlar qüvvədədir, bununla yanaşı, tərəflər Suriya Ərəb Respublikasının suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Tərəflər İŞİD, əl-Nüsra Cəbhəsi və əl-Qaidə terror təşkilatları və onlara yardım edən qrupların məhvi istiqamətindən tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər