"Taliban" 20 əfqan əsiri azad edib

"Taliban" 20 əfqan əsiri azad edib
  • Clock-gray 07:28
  • calendar-gray 30 İyun 2020

“Taliban” radikal hərəkatı Əfqanıstanın şimalında əsir götürülmüş 20 əsgər və polisi azad edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki ofisinin nümayəndəsi Suheyl Şahin bildirib.

“Bu gün Kabil administrasiyasının 20 əsgəri və polis əməkdaşı Kunduz əyalətindəki həbsxanadan azad edildi”, - deyə Şahin özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, sərbəst buraxılanların hamısı ailələrinə qaytarılıb və onlara “yardım paketləri” verilib.

apa-logo-mini

Digər xəbərlər