Tehranda koronavirusun ikinci dalğası ilə bağlı bir sıra sərt məhdudiyyətlər tətbiq edilib

Tehranda koronavirusun ikinci dalğası ilə bağlı bir sıra sərt məhdudiyyətlər tətbiq edilib
  • Clock-gray 00:45
  • calendar-gray 07 İyul 2020

İran Koronavirusla Milli Mübarizə Qərargahının açıqlamasına görə, bu gündən paytaxt Tehranda bütün kitabxanaların fəaliyyəti dayandırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ölkənin “qırmızı bölgələri”ndə toy və yas mərasimləri qadağan edilib.

Rəsmilər sərt məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna  etməyiblər.

İranın Tibb Universiteti Tehranda xəstələr üçün çarpayı çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. İran hökuməti maskanın ixracatına da qadağa qoyub.

Paytaxt Tehran və ətraf bölgələrdə  koronavirus xəstələri üçün xüsusi xəstəxanaların ayrılmasına baxmayaraq, bəzi tibbi avadanlıqların çatışmazlığı yaranıb. Hazırda Tehran xəstəxanalarında xəstə qəbulu potensialı qalmayıb.

Ötən gündən İranın bütün dövlət müəssisələrində və qapalı məkanlarda maskadan istifadə zəruri elan olunub, maska taxmayanların cəzalandırılacağı bildirilib.

Süleyman Fərzəliyev

Digər xəbərlər