Terrorçular Suriyadakı neft anbarına hücum edib

Terrorçular Suriyadakı neft anbarına hücum edib
  • Clock-gray 05:01
  • calendar-gray 28 Yanvar 2020

Suriyanın Baniyas şəhərində terrorçular neft obyektlərinə partlayıcı maddələrdən istifadə yolu ilə hücum ediblər.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi olan “SANA” ölkənin Neft Nazirliyinə istinadən məlumat yayıb.

“Neft Nazirliyi: terrorçular və onları dəstəkləyənlər yenidən Suriyadakı neft sənayesinə hücum ediblər. Zərbə Baniyasada - dənizdə yerləşən neft obyektlərinə edilib”, - deyə agentlik bildirib. Partlayıcı qurğuların dalğıclar tərəfindən quraşdırıldığı aydınlaşıb.

Agentliyin məlumatına görə, təmir qrupları artıq iş aparır və neft yükləmə stansiyasının fəaliyyətini bərpa etmək üçün problemlər aradan qaldırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date