Türk Şurasının Baş katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türk Şurasının Baş katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Clock-gray 20:16
  • calendar-gray 27 May 2020

 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev 28 May Respublika Günü münasibətilə Azərbaycan xalını təbrik edib. 

APA-nın xəbərinə görə təbrik müraciəti Türk Şurasının saytında dərc olunub. 

"1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası müstəqilliyini elan etdi və müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti quruldu, bu müstəqil Azərbaycan ideallarının reallaşdırılması üçün tarixi dönüş nöqtəsi oldu.

Bu münasibətlə üzvümüzə, Azərbaycan Respublikasına və onun qardaş xalqına səmimi salamlarımı çatdırmaq mənə çox xoşdur.

Sürətlə inkişaf edən iqtisadiyyatı, güclü silahlı qüvvələri və müasir  təhsil sistemi ilə Azərbaycanın bölgəmizdə getdikcə artan nüfuzunun və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin şahidi olmaqdan çox məmnunuq.

Hazırda Türk Şurasının Sədri kimi fəaliyyət göstərən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığa və qardaşlıq bağlarına verdiyi böyük töhfələr və xidmətlər ilə bütün türk dünyası üçün qürur mənbəyidir.

Bir daha ürəkdən təbriklərimi çatdıraraq, Azərbaycan Respublikasına sülh və tərəqqi dolu parlaq bir gələcək, habelə bütün türk dünyasına uğurlar arzulayıram", təbrikdə deyilir.

 

Zümrüd Paşkin

Digər xəbərlər