Türkiyə məktəblərində ibtidai siniflərin dərsləri başlayıb

Türkiyə məktəblərində ibtidai siniflərin dərsləri başlayıb
  • Clock-gray 10:32
  • calendar-gray 21 Sentyabr 2020

Türkiyə məktəblərində ibtidai siniflərin bu gündən dərsləri başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Təhsil naziri Ziya Selçuk bildirib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar 13 martdan bağlanan məktəblərdə ancaq ibtidai siniflərin dərsləri başlayıb.

Onun sözlərinə görə, şagird sayı çox olan siniflərdə təhsilalanlar iki və ya üç qrupa bölünəcək və hər gün bir qrupa növbəli dərs tədris olunacaq.

Nazir vurğulayıb ki, ibtidai sinif şagirdləri həftədə iki dəfə dərsə gedəcəklər. Şagirdlər hər dərs saatı 30 dəqiqə olmaqla 5 dərs keçəcəklər.

Z. Selçuk qeyd edib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Elm Qurumunun verdiyi tövsiyədən asılı olaraq, yuxarı siniflər üçün dərslərin başlanması barədə qərar 3 həftə sonra veriləcək.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər