Türkiyədə fabrikdə baş verən partlayışda yaralananların sayı artıb - YENİLƏNİB-1

Türkiyədə fabrikdə baş verən partlayışda yaralananların sayı artıb - YENİLƏNİB-1
  • Clock-gray 02:54
  • calendar-gray 04 İyul 2020

Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı fabrikində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 114 nəfərə çatıb.

APA “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bundan əvvəl insident zamanı dörd nəfərin öldüyü, 97 nəfərin də xəsarət aldığı deyilirdi.

 

Qeyd edək ki, insident Xəndək şəhəri yaxınlığında baş verib. Sakarya vilayətinin qubernatoru Çetin Oktay Kaldırımın sözlərinə görə, partlayış zamanı fabrikdə 150-200 arası işçi olub. Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib.

***

Saat 16:44

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, partlayış nəticəsində 97 nəfər xəsarət alıb.

***

Saat 15:29

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 2 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, partlayış nəticəsində 73 nəfər xəsarət alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Daxili İşlər naziri Süleyman Soylu, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq da hadisə yerindədirlər.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər