Vyetnamda koronavirusa yoluxan 3 aylıq uşaq sağalıb

Vyetnamda koronavirusa yoluxan 3 aylıq uşaq sağalıb
  • Clock-gray 06:24
  • calendar-gray 22 Fevral 2020

Vyetnamda nənəsindən koronavirusa yoluxan üç aylıq uşaq sağalıb.

APA xəbər verir ki, bu barədə Vetnamın “VnExpress” nəşri məlumat yayıb. 

Bildirilib ki, 10 gün əvvəl Hanoydakı xəstəxanaya yerləşdirilən qız uşağı təkrar müayinə üçün Vyetnamın şimalında yerləşən Vinfuk əyalətinin “Binsuen County” tibb mərkəzinə yerləşdiriləcək.

Qızın anası xəstəxananın tibbi personalına təşəkkür edərək, başqalarına kömək etmək üçün əlindən gələn əsirgəməyəcəyini bildirib. 

Qeyd edək ki, uşağın nənəsi koronavirusa Çinin Uhan şəhərindən yanvar ayında Vyetnama qayıdan bir nəfərdən yoluxub.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date