Yaponiyada şiddətli yağışa və torpaq sürüşməsinə görə 227 mindən çox insan evakuasiya olunub

Yaponiyada şiddətli yağışa və torpaq sürüşməsinə görə 227 mindən çox insan evakuasiya olunub
  • Clock-gray 11:12
  • calendar-gray 04 İyul 2020

Yaponiyanın cənub-qərbində şiddətli leysan yağışları torpaq sürüşməsinə səbəb olub. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu yerli hakimiyyəti insanları evakuasiya etməyə məcbur edib.

Hazırda Kaqosima və Kumamoto prefekturalarında 227 mindən çox insan evakuasiya olunub, o cümlədən hər iki prefekturada yaşayan 90 mindən çox insana evakuasiya etmək tövsiyə olunub.  

Bu regionda yağan şiddətli leysan yağışlarının nəticəsində yağıntının miqdarı 400 millimetrdən çox olub, çaylar daşıb, bir neçə yerdə körpülər, evlər dağılıb, kommunikasiya xətləri sıradan çıxıb. Kummato prefekturasındakı bir neçə yaşayış məntəqəsi su  altında qalıb. 

Xilasedicilər insanları xilas etməyə çalışırlar. 

Yağışın azalmasına baxmayaraq, torpaq sürüşməsi təhlükəsi qalmaqda davam edir. Təhlükə zonasına polislə yanaşı, 10 min hərbi qüvvə cəlb edilib. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər