Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölən daha 6 nəfərin cəsədi tapılıb

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölən daha 6 nəfərin cəsədi tapılıb
  • Clock-gray 04:10
  • calendar-gray 13 Dekabr 2019

Yeni Zelandiya polisi Uayt-Aylend adasında vulkan püskürməsi zamanı ölən 6 nəfərin cəsədini aşkar edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya polisinin “Twitter”dəki səhifəsində məlumat yerləşdirilib.

“Vulkan püskürməsi nəticəsində ölən altı nəfərin cəsədləri Uayt-Aylend adasında aşkar edilib və hazırda “Wellington patrul gəmisi ilə daşınır”, - məlumatda belə deyilir.

Qeyd edək ki, dekabrın 9-da Oklenddən 270 km cənubda yerləşən Plenti körfəzindəki Uayt-Aylend adasında vulkan püskürməsi qeydə alınıb. Məlumata görə, hadisə baş verən zaman yaxınlıqda və adada 47 nəfər olub, onlar Yeni Zelandiya və Avstraliya, Britaniya, ABŞ, Çin və Malayziyadan gələn turistlər olub. Nəticədə 8 nəfər vulkan püskürməsinin qurbanı olub, onlardan 7-si xəstəxanada ölüb, daha 30 nəfər yaralanıb. Əvvəlcə 8 nəfərin itkin düşdüyü bildirilsə də, sonradan onlar ölmüş elan edilib və cəsədlərinin axtarışına başlanılıb.

Hazırda Yeni Zelandiyanın tibb müəssisələrində 17 nəfər yerləşdirilib, onlardan 13-nün vəziyyəti ağır olaraq qalır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date