Cavad Zərif Türkiyəyə səfər edəcək

Cavad Zərif Türkiyəyə səfər edəcək
  • Clock-gray 16:40
  • calendar-gray 08 Noyabr 2019

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edəcək.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, Cavad Zərif noyabrın 9-da Antalyada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının 24-cü toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, 1964-cü ildə əsası İran, Pakistan və Türkiyə tərəfindən qoyulan İnkişaf üçün Regional Əməkdaşlıq təşkilatı 1985-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatı adlanır.

Hazırda Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan təşkilatın üzvüdür. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date