Əfqanıstanda bazarda partlayış törədilib, 3 polis ölüb

Əfqanıstanda bazarda partlayış törədilib, 3 polis ölüb
  • Clock-gray 11:34
  • calendar-gray 07 İyul 2020

Əfqanıstanda avtomobilin partladılması nəticəsində yerli polisin rəhbəri və iki polis əməkdaşı ölüb.

APA-nın xəbərinə görə, bu barədə “1TV News” telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

Nanqarxar əyalətinin qubernatorunun nümayəndəsi Attaula Xoqiyani bildirib ki, hadisə bu gün səhər yerli bazarda qeydə alınıb. O qeyd edib ki, partlayış nəticəsində 5 polis əməkdaşı da xəsarət alıb.

Terror aktına görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

apa-logo-mini

Digər xəbərlər