Əfqanıstanda qızıl mədənində sürüşmə olub, 5 nəfər ölüb, 35 nəfər itkin düşüb

Əfqanıstanda qızıl mədənində sürüşmə olub, 5 nəfər ölüb, 35 nəfər itkin düşüb
  • Clock-gray 11:09
  • calendar-gray 12 Dekabr 2019

Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi baş verib.

APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şimal-şərqində, Badaşxan əyalətində qeydə alınıb.

Məlumata əsasən, hadisə baş verən zaman qızıl mədənində 40-a yaxın insan olub.

Yerli sakinlər 5 nəfərin meyitini aşkarlayıblar, 35 nəfər itkin düşüb.

Əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri bildirib ki, qızıl mədəninin yerləşdiyi ərazi “Taliban” hərəkatının nəzarəti altında olduğu üçün yerli hakimiyyət itkin düşmüş şəxslərin axtarışlarında iştirak edə bilmir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date